Xəbərlər
BDU THİK Biologiya və Kimya fakültələrinin I kurs tələbələri ilə görüş keçirib

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Biologiya və Kimya fakültələrinin I kurs tələbələri üçün məlumatlandırıcı görüş keçirilib
.
Tədbirin açılışında BDU THİK-in sədri Zöhrab Cavadzadə çıxış edərək tələbələrə Komitənin strukturu, fəaliyyət istiqamətləri və tələbələr üçün yaratdığı imkanlar barədə məlumat verib.
Daha sonra BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov çıxış edərək şöbənin fəaliyyəti, eləcə də universitetdə fəaliyyət göstərən tələbə təşkilatları haqqında ətraflı məlumat verib. O, tələbələri müxtəlif təşkilatların fəaliyyətində, layihələrdə və ictimai təşəbbüslərdə fəal iştirak etməyə dəvət edib.
Görüş çərçivəsində BDU-nun Karyera və Məzunlarla İş Mərkəzinin Karyera planlaşdırması şöbəsinin müdiri Günel Qurbanova çıxış edərək tələbələrə karyera planlaşdırmasının əhəmiyyəti, universitet illərindən etibarən peşəkar inkişaf istiqamətində atıla biləcək addımlar və mövcud karyera imkanları barədə məlumat verib.
Ardınca THİK ilə birgə fəaliyyət göstərən Mədəniyyət-Yaradıcılıq Mərkəzinin baş mütəxəssisi Qiyas Qiyasov çıxış edərək mərkəzin fəaliyyət istiqamətləri və tələbələr üçün yaratdığı imkanlar haqqında danışıb.
Sonda THİK ilə birgə fəaliyyət göstərən İdman və Sağlamlıq Mərkəzinin müəllimi və məşqçisi Cavid Rəhimli mərkəzin fəaliyyəti, əsas istiqamətləri və tələbələr üçün təqdim etdiyi imkanlar barədə məlumat verib.









