“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

BDU THİK Hüquq fakültəsinin I kurs tələbələri ilə görüş keçirib

13/10/2026, 11:54
xeber1

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Hüquq fakültəsinin I kurs tələbələri üçün məlumatlandırıcı görüş keçirilib.


Tədbirin açılışında BDU THİK-in sədri Zöhrab Cavadzadə çıxış edərək tələbələrə Komitənin strukturu, fəaliyyət istiqamətləri və tələbələr üçün yaratdığı imkanlar barədə məlumat verib.


Daha sonra BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov çıxış edərək şöbənin fəaliyyəti, eləcə də universitetdə fəaliyyət göstərən tələbə təşkilatları haqqında danışıb. O, tələbələri müxtəlif təşkilatların fəaliyyətində, layihələrdə və ictimai təşəbbüslərdə fəal iştirak etməyə dəvət edib.


Görüş çərçivəsində BDU-nun Karyera və Məzunlarla İş Mərkəzinin Karyera planlaşdırması şöbəsinin müdiri Günel Qurbanova tələbələrə karyera planlaşdırmasının əhəmiyyəti, universitet illərindən etibarən peşəkar inkişaf istiqamətində atıla biləcək addımlar və mövcud karyera imkanları barədə məlumat verib.


Ardınca THİK ilə birgə fəaliyyət göstərən Mədəniyyət və Yaradıcılıq Mərkəzinin baş mütəxəssisi Qiyas Qiyasov mərkəzin fəaliyyət istiqamətləri və tələbələr üçün yaratdığı imkanlar haqqında danışıb.


Sonda THİK ilə birgə fəaliyyət göstərən İdman və Sağlamlıq Mərkəzinin müəllimi və məşqçisi Cavid Rəhimov mərkəzin fəaliyyəti, idman istiqamətləri və tələbələr üçün təqdim etdiyi imkanlar barədə məlumat verib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: