Xəbərlər
BDU THİK-in Coğrafiya fakültəsi üzrə təşkilatçılığı ilə “Kinosfera” adlı film günü keçirilib
09/03/2026, 21:17

Bakı Dövlət Universiteti (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) Coğrafiya fakültəsi üzrə təşkilatçılığı ilə tələbələrin asudə vaxtının səmərəli təşkili məqsədilə “Kinosfera” adlı film günü keçirilib.
Tədbir çərçivəsində tələbələr əvvəlcə müxtəlif maraqlı oyunlarda iştirak edərək əyləncəli vaxt keçiriblər. Daha sonra isə birlikdə “Inside Out 2” animasiya filminə baxıblar.
Görüşün əsas məqsədi tələbələrin asudə vaxtlarının səmərəli və mənəvi baxımdan zəngin təşkilinə şərait yaratmaq, eyni zamanda onlar arasında ünsiyyəti, dostluq münasibətlərini və birlik mühitini gücləndirmək olub.






