Xəbərlər
BDU THİK-in Coğrafiya fakültəsinin təşkilatçılığı ilə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş seminar keçirilib

Bakı Dövlət Universiteti (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) Coğrafiya fakültəsi üzrə təşkilatçılığı ilə 21 Fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə seminar keçirilib.
Seminarın məqsədi ana dilinin qorunması və inkişafının əhəmiyyətini vurğulamaq, tələbələrdə Azərbaycan dilinə sevgi və hörmət hissini gücləndirmək, eləcə də onların nitq və ünsiyyət bacarıqlarının inkişafına töhfə vermək olub.
Seminar Azərbaycan dili və ədəbiyyat müəllimi, nitq təlimçisi, FəalSöz Akademiyasının rəhbəri Fatimə Süleymanlının təqdimatında baş tutub. O, çıxışı zamanı düzgün və səlis nitqin formalaşdırılması, effektiv ünsiyyət bacarıqları və ana dilindən düzgün istifadə qaydaları haqqında ətraflı məlumat verib, iştirakçılarla öz təcrübəsini bölüşüb.
İnteraktiv müzakirələr və fikir mübadiləsi şəraitində davam edən seminar tələbələrin nitq mədəniyyəti, ünsiyyət bacarıqları və ana dilinin gündəlik həyatda düzgün istifadəsi ilə bağlı biliklərinin artırılmasına töhfə verib.







