Xəbərlər
BDU THİK-in fəal üzvləri 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində iştirak ediblər
27/10/2026, 12:21

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) fəal üzvləri Bakı Ekspo Mərkəzində keçirilən 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində iştirak ediblər.
Sərgi çərçivəsində tələbələr müxtəlif nəşriyyatların stendləri ilə tanış olub, təqdim olunan kitabları nəzərdən keçirib və maraq dairələrinə uyğun nəşrlər əldə ediblər. Eyni zamanda, yazıçıların çıxışlarını dinləyərək ədəbiyyat, mütaliə və kitab dünyası ilə bağlı maraqlı məlumatlar əldə ediblər.
Tələbələrin sərgidə iştirakı mütaliəyə marağın artırılması, dünyagörüşünün genişləndirilməsi və onların ədəbi mühitlə daha yaxından tanış olmaları baxımından əhəmiyyət daşıyıb.





