“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

BDU THİK-in Fizika və Coğrafiya fakültələri üzrə birgə təşkilatçılığı ilə Albert Eynşteyn və Lev Berqin doğum günlərinə həsr olunmuş tədbir keçirilib

16/03/2026, 22:03
xeber1

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) Fizika və Coğrafiya fakültələri üzrə birgə təşkilatçılığı ilə görkəmli alimlər Albert Eynşteyn və Lev Berqin doğum günlərinə həsr olunmuş tədbir keçirilib.


Tədbirin açılışında Fizika fakültəsinin I kurs tələbəsi Rəhidə Astanlı çıxış edərək Albert Eynşteynin həyat və elmi fəaliyyətindən, dünya elminə verdiyi mühüm töhfələrdən bəhs edib.


Daha sonra THİK-in Fizika fakültəsi üzrə sədri Cavid Hüseynli və Coğrafiya fakültəsi üzrə sədri Etibar Tərlanov tərəfindən alimlərin həyat və yaradıcılığı ilə bağlı iştirakçılara maraqlı suallar ünvanlanıb.


Tədbirin davamında komandalar arasında bilik yarışı təşkil olunub. İştirakçılar həm bilik və bacarıqlarını nümayiş etdirib, həm də əyləncəli və yaddaqalan anlar yaşayıblar. Sonda qaliblər müəyyən edilərək sertifikatlarla mükafatlandırılıblar.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: