“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

BDU THİK-in Jurnalistika fakültəsi üzrə üzvləri “AnewZ” beynəlxalq televiziya kanalında infoturda iştirak ediblər

27/02/2026, 20:27
xeber1

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) Jurnalistika fakültəsi üzrə üzvləri üçün “AnewZ” beynəlxalq televiziya kanalına infotur təşkil olunub.

İnfotur çərçivəsində BDU-nun Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müəllimi, “AnewZ” beynəlxalq televiziya kanalının redaktoru Anzulə Pərvizqızı tələbələrə kanalın yayım siyasəti, fəaliyyət istiqamətləri və əsas hədəfləri barədə ətraflı məlumat verib.


Bildirilib ki, 2024-cü ildə fəaliyyətə başlayan “AnewZ” Azərbaycanda ingilisdilli jurnalistikanın inkişafında mühüm rol oynayır. 12-dən çox ölkədə təmsilçisi olan və 110-dan artıq ölkədə yayımlanan kanal qısa müddət ərzində həm yerli, həm də beynəlxalq media məkanında etibarlı xəbər mənbələrindən birinə çevrilib. Kanalın yaradıcı heyətində müxtəlif ölkələri təmsil edən, media sahəsində zəngin təcrübəyə malik peşəkar jurnalistlər fəaliyyət göstərirlər.


Daha sonra tələbələr telekanalın xəbər otağı, çəkiliş studiyaları və montaj məkanları ilə yaxından tanış olublar. “AnewZ”un prodüseri Dilnavaz Məmmədova və rejissoru Səbuhi Manafov yayımlanan verilişlər, hazırlanan media kontentləri və çəkiliş prosesinin təşkili barədə məlumat veriblər.


Sonda tələbələr müasir televiziya jurnalistikasında istifadə olunan texnologiyalar və istehsalat prosesi ilə tanış olmaq, eləcə də peşəkar media mühitini yaxından müşahidə etmək imkanı əldə ediblər.

Sosial şəbəkələrdə paylaş: