Xəbərlər
BDU THİK-in Kimya fakültəsi üzrə idarə heyəti üzvləri “Ana harayı” abidəsini ziyarət ediblər
26/02/2026, 20:24

Bakı Dövlət Universiteti (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) Kimya fakültəsi üzrə idarə heyəti üzvləri 26 Fevral – Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə “Ana harayı” abidəsini ziyarət ediblər.
Ziyarət zamanı Xocalı faciəsi qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad edilib, abidə önünə gül dəstələri düzülüb.
Qeyd olunub ki, bu cür ziyarətlər Xocalı həqiqətlərinin unudulmaması, tarixi yaddaşın qorunması və gənc nəslin vətənpərvərlik ruhunda formalaşması baxımından mühüm əhəmiyyət daşıyır.



