Xəbərlər
BDU THİK-in nəzdində fəaliyyət göstərən E-Sport Klubuna üzv qəbulu elan edilir
16/11/2026, 15:28

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) nəzdində fəaliyyət göstərən E-Sport Klubunun departamentlərinə üzv qəbulu elan edilir.
Klubun fəaliyyətində iştirak etmək, bilik və bacarıqlarını inkişaf etdirmək, müxtəlif istiqamətlərdə təcrübə qazanmaq istəyən tələbələr üzvlüyə dəvət olunurlar.
Qeydiyyat aşağıdakı departamentlər üzrə aparılır:
- İnsan resursları departamenti;
- Mətbuat və ictimaiyyətlə əlaqələr departamenti;
- Sənədlərlə iş departamenti;
- Təşkilati komanda.
Klubun fəaliyyətində iştirak etmək istəyən tələbələr maraq və bacarıqlarına uyğun istiqaməti seçərək qeydiyyatdan keçə bilərlər.
Qeydiyyat linki: https://docs.google.com/forms/u/7/d/17oVyLdSl4LpC0fI0qZyWmwlFg4fyReHGd0GwRuoSJh4/edit



