“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

BDU THİK-in İnformasiya və sənəd menecmenti və Tarix fakültələri üzrə birgə təşkilatçılığı ilə “Əsrlərin əmanəti – Novruz” adlı tədbir keçirilib

18/03/2026, 22:31
xeber1

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) İnformasiya və sənəd menecmenti və Tarix fakültələri üzrə birgə təşkilatçılığı ilə “Əsrlərin əmanəti – Novruz” adlı tədbir keçirilib.


Tədbirin açılışında BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı Ələmdar Bayramov çıxış edərək Novruz bayramının Azərbaycan xalqının milli-mənəvi dəyərləri sistemində xüsusi yer tutduğunu vurğulayıb. O, bu qədim bayramın əsrlər boyu xalqımızın birlik, həmrəylik və yenilənmə rəmzi kimi yaşadıldığını qeyd edib.


Daha sonra fakültə müəllimləri çıxış edərək Novruzun xalqımızın zəngin mədəni irsinin mühüm tərkib hissəsi olduğunu bildirib, bu kimi tədbirlərin milli adət-ənənələrin və dəyərlərin gənc nəsil arasında təbliği baxımından əhəmiyyətini diqqətə çatdırıblar.


Tədbirin bədii hissəsində tələbələrin iştirakı ilə maraqlı oyun təşkil olunub, həmçinin onlar tərəfindən hazırlanmış videoçarx nümayiş etdirilib. İştirakçılar proqramı maraqla qarşılayaraq bayram əhval-ruhiyyəsi yaşayıblar.


Sonda Novruz bayramının milli birlik və həmrəyliyin, eləcə də zəngin mədəni irsimizin yaşadılmasının rəmzi olduğu vurğulanıb.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: