“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

BDU THİK-in Sosial elmlər və psixologiya fakültəsi üzrə təşkilatçılığı ilə “Psixoloji tarazlığın qorunması” mövzusunda seminar keçirilib

18/03/2026, 22:39
xeber1

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) Sosial elmlər və psixologiya fakültəsi üzrə təşkilatçılığı ilə “Psixoloji tarazlığın qorunması” mövzusunda maarifləndirici seminar keçirilib.


Seminarda psixologiya sahəsində fəaliyyət göstərən mütəxəssislər – psixo-pedaqoq Humay Nəzərli və klinik psixoloq, psixoterapevt Rüfət Xəlilzadə iştirak ediblər. Onlar tələbələrlə psixoloji sağlamlığın qorunması, emosional tarazlığın təmin edilməsi və gündəlik həyatda psixoloji dayanıqlığın əhəmiyyəti barədə məlumat və tövsiyələrini bölüşüblər.


Seminar çərçivəsində müxtəlif psixoloji metodlar izah olunub, iştirakçıların mövzunu daha yaxşı mənimsəməsi məqsədilə praktik nümayiş keçirilib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: