“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

BDU THİK-in təşkilatçılığı ilə “Gələcəyin Yol Xəritəsi” adlı tədbir keçirilib

19/10/2026, 12:09
xeber1

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) Tətbiqi riyaziyyat və kibernetika fakültəsi üzrə təşkilatçılığı ilə “Gələcəyin Yol Xəritəsi” adlı tədbir keçirilib.


Tədbir çərçivəsində I kurs tələbələrinə informasiya texnologiyalarının müxtəlif istiqamətləri, o cümlədən kibernetika, DevOps və şəbəkə administratorluğu sahələri haqqında ətraflı məlumat verilib. Tələbələr bu sahələrin xüsusiyyətləri, peşə imkanları və gələcək karyera perspektivləri ilə tanış olublar.


Tədbirin əsas məqsədi tələbələri İT sahəsinin müxtəlif istiqamətləri barədə məlumatlandırmaq, onların bu sahəyə marağını artırmaq və gələcək karyeralarını erkən mərhələdən planlaşdırmalarına dəstək olmaq olub.


Qeyd edək ki, bu cür maarifləndirici tədbirlər tələbələrin ixtisas və peşə seçimlərini daha şüurlu şəkildə etmələrinə, əmək bazarının tələblərini yaxından tanımalarına və peşəkar inkişaf istiqamətlərini müəyyənləşdirmələrinə töhfə verir.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: