Xəbərlər
BDU THİK-in təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş çiçəkaçmə aksiyası keçirilib
17/03/2026, 22:20

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində çiçəkaçmə aksiyası keçirilib.
Aksiyada BDU THİK-in fəal üzvləri və universitetin müxtəlif fakültələrindən olan tələbələr iştirak ediblər.
Aksiyanın əsas məqsədi ətraf mühitin mühafizəsinə töhfə vermək, tələbələr arasında ekoloji maarifləndirməni və təbiətə qayğı mədəniyyətini təşviq etmək, eləcə də yaşıllıqların artırılmasına dəstək olmaqdır.











