Xəbərlər
BDU THİK-in təşkilatçılığı ilə “İT-də öz yolunu seç” adlı maarifləndirici tədbir keçirilib.

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsi təşkilatçılığı ilə tələbələrin informasiya texnologiyaları sahəsində biliklərinin genişləndirilməsi və gələcək karyera seçimlərinə dəstək göstərilməsi məqsədilə “İT-də öz yolunu seç” adlı maarifləndirici tədbir keçirilib.
Tədbir zamanı tələbələr veb və mobil proqramlaşdırma, dizayn, kibertəhlükəsizlik, Help Desk, şəbəkə administratorluğu, oyun proqramlaşdırması, Data Science və Data Analitika kimi İT sahəsinin müxtəlif istiqamətləri ilə tanış olublar.
Təqdimat çərçivəsində qeyd olunan istiqamətlərin xüsusiyyətləri, tələb etdiyi bilik və bacarıqlar, eləcə də mövcud iş imkanları və karyera perspektivləri barədə ətraflı məlumat verilib.
Tədbir tələbələrin informasiya texnologiyaları sahəsində fərqli inkişaf istiqamətlərini tanımalarına, şəxsi maraq və bacarıqlarına uyğun seçim etmələrinə və gələcək peşə fəaliyyətlərini daha məqsədyönlü planlaşdırmalarına töhfə verib.






