“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

BDU THİK-in təşkilatçılığı ilə “Tələbə evi”ndə 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olunub

08/03/2026, 21:08
xeber1

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə “Tələbə evi”ndə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.


Tədbir çərçivəsində BDU-nun rektoru Elçin Babayev xanım tələbələrlə görüşərək onları bayram münasibətilə təbrik edib, təhsillərində və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.


Daha sonra “Tələbə evi”ndə yaşayan xanım tələbələrə bayram münasibətilə gül dəstələri təqdim olunub. Tələbələr üçün çay süfrəsi təşkil edilib, səmimi bayram ab-havasında görüş keçirilib.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: