Xəbərlər
BDU THİK-in təşkilatçılığı ilə “Tələbə Evi”ndə iftar süfrəsi təşkil olunub

Bakı Dövlət Universiteti (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə “Tələbə Evi”ndə tələbələr üçün iftar süfrəsi təşkil olunub.
Tədbirdə BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev, Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, eləcə də BDU THİK-in sədri Zöhrab Cavadzadə iştirak ediblər.
İftar süfrəsi zamanı universitet rəhbərliyi və tələbələr arasında səmimi söhbət aparılıb, Ramazan ayının mənəvi dəyərləri, birlik və həmrəyliyin əhəmiyyəti vurğulanıb.
Tədbirin əsas məqsədi tələbələr arasında həmrəylik və birlik mühitini gücləndirmək, paylaşma və qarşılıqlı dəstək ənənələrini təşviq etmək olub.






