Xəbərlər
BDU THİK-in təşkilatçılığı ilə “Tələbə evi”ndə İlaxır çərşənbə qeyd olunub
17/03/2026, 22:22

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə BDU-nun “Tələbə evi”ndə İlaxır çərşənbə münasibətilə bayram tədbiri keçirilib.
Tədbirdə BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev iştirak edərək tələbələri bayram münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb.
Bayram ənənələrinə uyğun olaraq tonqal qalanıb, daha sonra tələbələr üçün çay süfrəsi təşkil olunub. İştirakçılar milli adət-ənənələrimizi yaşadan bayram ab-havasında bir araya gələrək xoş anlar yaşayıblar.






