Xəbərlər
BDU THİK İnformasiya və sənəd menecmenti və Tətbiqi riyaziyyat və kibernetika fakültələrinin I kurs tələbələri ilə görüş keçirib

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə İnformasiya və sənəd menecmenti və Tətbiqi riyaziyyat və kibernetika fakültələrinin I kurs tələbələri üçün məlumatlandırıcı görüş keçirilib.
Tədbirin açılışında BDU THİK-in sədri Zöhrab Cavadzadə çıxış edərək tələbələrə Komitənin strukturu, fəaliyyət istiqamətləri və tələbələr üçün yaratdığı imkanlar barədə məlumat verib.
Daha sonra BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov çıxış edərək şöbənin fəaliyyəti, eləcə də universitetdə fəaliyyət göstərən tələbə təşkilatları haqqında danışıb. O, tələbələri müxtəlif təşkilatların fəaliyyətində, layihələrdə və ictimai təşəbbüslərdə fəal iştirak etməyə dəvət edib.
THİK ilə birgə fəaliyyət göstərən Mədəniyyət-Yaradıcılıq Mərkəzinin baş mütəxəssisi Qiyas Qiyasov mərkəzin fəaliyyət istiqamətləri və tələbələr üçün yaratdığı imkanlar barədə məlumat verib.
Görüş çərçivəsində BDU-nun Karyera və Məzunlarla İş Mərkəzinin Karyera planlaşdırması şöbəsinin baş mütəxəssisi İlkin Şərifov da çıxış edib. O, tələbələrə karyera planlaşdırmasının əhəmiyyəti, universitet illərindən etibarən peşəkar inkişaf istiqamətində atıla biləcək addımlar və mövcud karyera imkanları haqqında məlumat verib.
Sonda THİK ilə birgə fəaliyyət göstərən İdman və Sağlamlıq Mərkəzinin fəaliyyəti, əsas istiqamətləri və tələbələr üçün təqdim etdiyi imkanlar barədə məlumat verilib.








