“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

BDU THİK “Rəqəmsal bacarıqlar” proqramlaşdırma müsabiqəsi keçirib

07/05/2026, 03:04
xeber1

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və “BDU-nun rəqəmsallaşma komandası”nın birgə təşkilatçılığı ilə “Rəqəmsal bacarıqlar” proqramlaşdırma müsabiqəsi keçirilib.


Tələbə gənclərin rəqəmsal alətlərdən istifadə imkanlarının genişləndirilməsi, bu istiqamətdə bacarıqlarının artırılması və nəzəri biliklərinin müasir tələblərə uyğun təkmilləşdirilməsi məqsədilə təşkil olunan müsabiqədə ümumilikdə 30 iştirakçıya müxtəlif proqramlaşdırma tapşırıqları və məntiqi suallar təqdim edilib. Rəqabətli və interaktiv şəraitdə keçən müsabiqədə tələbələr öz bilik və bacarıqlarını nümayiş etdiriblər.


Müsabiqənin nəticələrinə əsasən, Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin II kurs tələbəsi Mehdi Məmmədov I, eyni fakültənin II kurs tələbəsi Ömər Abbasov II, I kurs tələbəsi Elşən Məhərrəmov isə III yerə layiq görülüb.


Qaliblər diplom, medal və pul mükafatları ilə təltif olunublar.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: