“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

BDU THİK Tarix fakültəsinin I kurs tələbələri ilə görüş keçirib

01/10/2026, 11:25
xeber1

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) tərəfindən Tarix fakültəsinin I kurs tələbələri ilə məlumatlandırıcı görüş keçirilib.


Görüşün açılışında BDU THİK-in sədri Zöhrab Cavadzadə çıxış edərək tələbələrə Komitənin strukturu, fəaliyyət istiqamətləri və tələbələr üçün yaratdığı imkanlar barədə məlumat verib.


Daha sonra BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov çıxış edərək şöbənin fəaliyyəti, eləcə də Universitetdə fəaliyyət göstərən tələbə təşkilatları haqqında ətraflı məlumat verib. O, tələbələri müxtəlif təşkilatların fəaliyyətində, layihələrdə və ictimai təşəbbüslərdə fəal iştirak etməyə dəvət edib.


Görüş çərçivəsində THİK ilə birgə fəaliyyət göstərən Mədəniyyət-Yaradıcılıq Mərkəzinin baş mütəxəssisi Qiyas Qiyasov çıxış edərək tələbələri Mərkəzin fəaliyyəti, əsas istiqamətləri və onlar üçün yaratdığı imkanlarla tanış edib.


Həmçinin THİK ilə birgə fəaliyyət göstərən İdman-Sağlamlıq Mərkəzinin fəaliyyəti tələbələrə təqdim olunub, Mərkəzin əsas istiqamətləri və tələbələr üçün yaratdığı imkanlar barədə məlumat verilib.


Sonda BDU-nun Karyera və Məzunlarla İş Mərkəzinin Karyera planlaşdırma şöbəsinin baş mütəxəssisi İlkin Şərifov çıxış edərək karyera planlaşdırmasının əhəmiyyəti, universitet illərindən etibarən peşəkar inkişaf istiqamətində atıla biləcək addımlar və tələbələr üçün mövcud karyera imkanları haqqında danışıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: