“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

BDU THİK və TEC-in təşkilatçılığı ilə Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

16/10/2026, 12:04
xeber1

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və Tələbə Elmi Cəmiyyətinin (TEC) birgə təşkilatçılığı ilə görkəmli Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.


Tədbirdə ilk olaraq Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov çıxış edərək Xaqani Şirvaninin Azərbaycan ədəbiyyatında tutduğu mühüm mövqedən, zəngin ədəbi irsinin gənc nəslin milli-mənəvi dəyərlər ruhunda formalaşmasındakı əhəmiyyətindən danışıb.


Daha sonra Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Sevinc Qocayeva şairin həyat və yaradıcılığı, Azərbaycan poeziyasının inkişafına verdiyi töhfələr və əsərlərinin ədəbi-bədii xüsusiyyətləri haqqında məlumat verib. O, Xaqani Şirvaninin yaradıcılığının Azərbaycan ədəbiyyatının zənginləşməsindəki rolunu vurğulayıb.


Tədbirin sonunda Xaqani Şirvaninin zəngin ədəbi irsinin öyrənilməsinin və gələcək nəsillərə çatdırılmasının əhəmiyyəti qeyd olunub.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: