“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

BDU və Əl-Fərabi adına Qazax Milli Universitetinin birgə ikili diplom proqramı üzrə məzunların buraxılış mərasimi

27/07/2026, 11:28
xeber1

Bakı Dövlət Universiteti (BDU) ilə Qazaxıstan Respublikasının Əl-Fərabi adına Qazax Milli Universitetinin “Dəniz və enerji hüququ” ixtisaslaşması üzrə birgə ikili diplom proqramı çərçivəsində məzun olan magistrantlara diplomlar təqdim edilib.

Mərasimdə çıxış edən BDU-nun rektoru Elçin Babayev ikili diplom proqramının uğurla icra olunduğunu bildirib: “İki universitetin resursları və təcrübəsi əsasında yüksək keyfiyyətli təhsil almaq imkanı yaradan proqram regionda hüquq təhsili sahəsində beynəlxalq səviyyədə tanınmış mütəxəssislər yetişdirmək baxımından çox əhəmiyyətlidir. Bundan sonra da Əl-Fərabi adına Qazax Milli Universiteti ilə olan əməkdaşlığımız təhsil və elm layihələrinin həyata keçirilməsi üçün uyğun imkanların yaradılması və əməkdaşlıq sahəsində müxtəlif fəaliyyətlərin təşkili istiqamətində genişləndiriləcək”.

Daha sonra 2025/2026-cı tədris ilində həmin ixtisaslaşma üzrə təhsilini uğurla başa vuran 9 məzuna diplomlar təqdim edilib.

Qeyd edək ki, proqram çərçivəsində bu günədək 40-dan çox tələbə məzun olub.


Gallery Image

Sosial şəbəkələrdə paylaş: