“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

BDU-nun 16 tələbəsi Prezident təqaüdünə layiq görülüb

06/10/2025, 13:40
xeber1

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2025/2026-cı tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, 2025/2026-cı tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü veriləcək.

Prezident təqaüdünə layiq görülən gənclərdən 16-sı Bakı Dövlət Universitetinin (BDU) tələbəsidir.

Onların siyahısını təqdim edirik:

Çiçək Hümmətli

Gülay İbrahimli

Röyal Şirinov

Gülay Həbibullazadə

Zəhra Ramizli

Ayxan Mürşüdlü

Ləman Əhmədzadə

Nəzrin Yusifova

Gülər Ənsərli

Nərmin Hacıyeva

Nuray Muradlı

Fərid Allahyarlı

Nigar Əkbərova

Səma Əzizli

Gündüz Mirzəzadə

Enes Hüseynli

Yüksək etimada layiq görülən BDU tələbələrini təbrik edir, onlara uğurlar arzulayırıq!


Sosial şəbəkələrdə paylaş: