Xəbərlər
Bədən Tərbiyəsi və İdman Gününün qeyd olunması və voleybol idman növünün məktəblilər arasında inkişaf etdirilməsi olub.

06 mart 2026-cı il tarixində İsmayıllı Olimpiya İdman Kompleksində “5 Mart-Bədən Tərbiyəsi və İdman Günü” münasibətilə Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi, ETİHİ İsmayıllı Rayon Komitəsi və İsmayıllı Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə məktəbli oğlanlar arasında voleybol üzrə İsmayıllı rayon turniri keçirilib.
Turnirin əsas məqsədi:
Bədən Tərbiyəsi və İdman Gününün qeyd olunması və voleybol idman növünün məktəblilər arasında inkişaf etdirilməsi olub.
Yarışın nəticələri:
E. Məmmədov adına şəhər 3 saylı məktəb-lisey
N. Behdiyev adına şəhər 6 saylı tam orta məktəb
İ. Həsənov adına şəhər 1 saylı tam orta məktəb
İsmayıllı şəhər 5 saylı tam orta məktəb.
Qalib komandalar təşkilatçılar tərəfindən diplom, medal və kubok ilə mükafatlandırılıblar!











