Xəbərlər
Bədii yaradıcılıq müsabiqə-festivalının II mərhələsi çərçivəsində növbəti seçim turları Gəncədə təşkil olunub

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən ali məktəb tələbələrinin bədii yaradıcılıq müsabiqə-festivalının II mərhələsinin növbəti seçim turu Gəncə Dövlət Universitetində və Azərbaycan Texnologiya Universitetində baş tutub.
Seçim turunda iştirak edən tələbələr musiqi ifaçılığı, vokal, instrumental ifa, bədii qiraət, səhnə kompozisiyası və digər yaradıcı istiqamətlər üzrə öz bacarıqlarını nümayiş etdiriblər.
Tədbirdə Gəncə Dövlət Universitetindən 78, Azərbaycan Texnologiya Universitetindən 11, Mingəçevir Dövlət Universitetindən isə 14 tələbə iştirak edərək müxtəlif nominasiyalar üzrə yaradıcı potensiallarını sərgiləyiblər.












