“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Bədii yaradıcılıq müsabiqə-festivalının II mərhələsi üçün növbəti seçim turları keçirilib

16/04/2026, 11:14
xeber1

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan ali məktəb tələbələrinin bədii yaradıcılıq müsabiqə-festivalının II mərhələsi üçün növbəti seçim turu Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetində yüksək təşkilatçılıq və yaradıcı mühit şəraitində uğurla keçirilib.


Seçim turunda iştirak edən tələbələr musiqi ifaçılığı, vokal sənəti, instrumental ifa, bədii qiraət, səhnə kompozisiyası və digər yaradıcı istiqamətlər üzrə bacarıqlarını nümayiş etdiriblər.


Tədbirdə Azərbaycan Memarlıq və İnşaat Universitetindən 28, Azərbaycan Dövlət Pedaqoji Universitetindən 66, Azərbaycan Universitetindən 1, Bakı Ali Neft Məktəbindən isə 5 tələbə iştirak edərək müxtəlif nominasiyalar üzrə bədii-estetik potensiallarını təqdim ediblər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: