Xəbərlər
Bədii yaradıcılıq müsabiqə-festivalının II mərhələsi üçün növbəti seçim turları UNEC və ADNSU-da keçirilib

Elm və Təhsil Nazirliyi və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan ali məktəb tələbələrinin bədii yaradıcılıq müsabiqə-festivalının II mərhələsi çərçivəsində növbəti seçim turları keçirilib.
Seçim turlarında Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) 12, Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən isə 55 tələbə yüksək hazırlıq səviyyəsi və səhnə mədəniyyəti ilə seçiliblər.
Qeyd edək ki, seçim mərhələlərinin nəticələrinə əsasən fərqlənən iştirakçılar Heydər Əliyev Sarayında keçiriləcək yekun mərhələdə çıxış etmək hüququ qazanacaq, qaliblər isə müvafiq mükafatlarla təltif olunacaqlar.











