Xəbərlər
Bədii yaradıcılıq müsabiqə-festivalının növbəti seçim turu keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan ali məktəb tələbələrinin bədii yaradıcılıq müsabiqə-festivalının II mərhələsi çərçivəsində növbəti seçim turu keçirilib.
Seçim turunda iştirak edən tələbələr musiqi ifaçılığı, vokal sənəti, instrumental ifa, bədii qiraət, səhnə kompozisiyası və digər yaradıcı istiqamətlər üzrə bacarıqlarını nümayiş etdiriblər.
Tədbirdə Azərbaycan Memarlıq və İnşaat Universitetindən 28 tələbə iştirak edərək müxtəlif nominasiyalar üzrə bədii-estetik potensiallarını təqdim ediblər.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyi və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin hər il gənclər arasında birgə təşkil etdiyi müsabiqə-festivalın əsas məqsədi tələbələri mədəniyyətimizə, tariximizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda yetişdirmək, istedadlı gəncləri üzə çıxarmaq və onların qabiliyyətlərinin inkişafına dəstək olmaqdır.





