Xəbərlər
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib

Mayın 8-də Heydər Əliyev Sarayında Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan ali təhsil müəssisələrinin tələbələri arasında bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib.
Tədbirdə dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rəhbərləri, mədəniyyət və incəsənət xadimləri, müəllimlər və tələbələr iştirak ediblər. Konsert proqramında tələbələrin ifasında Ulu Öndərə həsr olunmuş mahnılar səsləndirilib, şeirlər bədii qiraət olunub və müxtəlif rəqs kompozisiyaları təqdim edilib.
Qeyd edək ki, müsabiqə-festival üç mərhələdən ibarət olub. Birinci mərhələdə 2 minə yaxın tələbə iştirak edib, onların arasından seçilən iştirakçılar növbəti mərhələyə vəsiqə qazanıblar. Final mərhələsində iştirakçılar peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriliblər.
Yekun konsertdə iki tələbəmiz - Elvin Nəsirov və Türkan Qaffarova iştirak edərək öz bacarıqlarını nümayiş etdiriblər.









