“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Bədii yaradıcılıq müsabiqə-festivalının seçim turu Qarabağ Universitetində yekunlaşdı

24/04/2025, 18:11
xeber1

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Qarabağ Universitetinin tələbə-gəncləri arasında keçirilən bədii yaradıcılıq müsabiqə-festivalının seçim turu Zəfər ruhunun sözə, musiqiyə, sənətə çevrildiyi məkanda - Qarabağ Universitetində uğurla başa çatıb.


Seçim turunda iştirak edən tələbələr münsiflər heyəti tərəfindən bədii-estetik dəyərlər, səhnə mədəniyyəti və yaradıcı yanaşma meyarlar əsasında qiymətləndirilib. Festivalın əsas məqsədi gənc nəslin bədii yaradıcılığa marağını artırmaq, onların mədəni potensialını dəstəkləmək və Ulu Öndər Heydər Əliyevin zəngin irsini təbliğ etməkdir.


Qeyd edək ki, bədii yaradıcılıq müsabiqə-festivalının final mərhələsi 16 may tarixində Heydər Əliyev Sarayında keçiriləcəkdir.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: