“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Bənövşələr kənd məktəbinin müəllimlərinin 65 illik yubileyi qeyd olunub

14/09/2026, 10:00
xeber1

Ağdam rayonu Azər Kərimov adına Bənövşələr kənd tam orta ümumtəhsil məktəbinin müəllimləri Abbasova Raidə Adil qızı və Muradova Gülarə İdris qızının 65 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbirdə çıxış edən ETİHİ Ağdam Rayon Komitəsinin sədri Tamerlan Hüseynov yubilyar müəllimləri təbrik edərək onlara möhkəm cansağlığı, uzun ömür və uğurlar arzulayıb. Çıxışında Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının vəzifə və öhdəliklərindən, təhsil işçilərinin hüquqlarının və sosial təminatlarının qorunmasında həmkarlar ittifaqının rolundan bəhs edilib.

Yubilyarların uzun illər ərzində təhsil sahəsində göstərdikləri səmərəli fəaliyyət və gənc nəslin təlim-tərbiyəsindəki xidmətləri vurğulanıb.

Sonda Raidə Abbasova və Gülarə Muradova ETİHİ Ağdam Rayon Komitəsi tərəfindən fəxri fərman, gül buketi və xatirə hədiyyəsi ilə təltif olunublar.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: