“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Bərdə məktəbində 65 illik yubiley münasibətilə tədbir keçirilib.

04/12/2025, 11:01
xeber1

Bərdə şəhəri Nizami Gəncəvi adına 2 nömrəli beynəlmiləl tam orta ümumtəhsil məktəbinin müəllimi Qəribova Sədaqət Məhəmməd qızı və məktəbin laborantı Əliyeva Xuraman Tofiq qızının 65 illik yubileyləri münasibətilə tədbir təşkil olunub.

Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinin sədri Misir Ənvərli iştirak edərək yubilyarları təbrik edib. O, uzunmüddətli səmərəli fəaliyyətlərinə görə hər iki əməkdaşa fəxri fərman və hədiyyələr təqdim edib.

Məktəb rəhbərliyi və kollektiv üzvləri də çıxış edərək yubilyarları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: