Xəbərlər
Bərdə rayon Rafiq Orucov adına Saatlı kənd tam orta məktəbində növbədənkənar seçki keçirildi.

22.10.2025-ci il tarixində Bərdə rayon Rafiq Orucov adına Saatlı kənd tam orta məktəbində həmkarlar ittifaqı təşkilatında yeni sədr seçkisi keçirildi.
İclaslarda ilk olaraq məktəb kollektivləri ilə tanışlıq aparılmış, daha sonra Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının fəaliyyəti, məqsəd və vəzifələri barədə iştirakçılara ətraflı məlumat verilmişdir. Tədbir iştirakçılarına Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı tərəfindən son bir il ərzində ittifaq üzvləri üçün görülmüş işlər, yaradılmış imkanlar və həyata keçirilən tədbirlər barədə geniş məlumat təqdim olunmuşdur.
Seçki prosesi demokratik prinsiplər əsasında, müəssisələrdə çalışan ittifaq üzvləri arasından könüllü şəkildə irəli sürülən namizədlərin iştirakı ilə keçirilmiş və səsvermə nəticəsində səs çoxluğu qazanan namizəd yeni sədr seçilmişdir.
Yeni seçilmiş ilk həmkarlar ittifaqı sədrini təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!





