“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Bərdə rayonu Binədar Əjdər oğlu adına Yeni Əyricə kənd tam orta ümumtəhsil məktəbi və Bərdə şəhəri Tofiq İsmayılov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində həmkarlar ittifaqı təşkilatında yeni sədr seçkisi keçirildi.

06/10/2025, 12:00
xeber1

Bərdə rayonu Binədar Əjdər oğlu adına Yeni Əyricə kənd tam orta ümumtəhsil məktəbi və Bərdə şəhəri Tofiq İsmayılov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində həmkarlar ittifaqı təşkilatında yeni sədr seçkisi keçirildi.

İclaslarda ilk olaraq məktəb kollektivləri ilə tanışlıq aparılmış, daha sonra Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının fəaliyyəti, məqsəd və vəzifələri barədə iştirakçılara ətraflı məlumat verilmişdir.Seçki prosesi demokratik prinsiplər əsasında, müəssisələrdə çalışan ittifaq üzvləri arasından könüllü şəkildə irəli sürülən namizədlərin iştirakı ilə keçirilmiş və səsvermə nəticəsində səs çoxluğu qazanan namizəd yeni sədr seçilmişdir.

Yeni seçilmiş ilk həmkarlar ittifaqı sədrini təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: