Xəbərlər
Bərdə rayonun ucqar kəndində təhsil işçiləri ilə görüş keçirildi.

Bərdə rayonun ucqar kəndində təhsil işçilərilə görüş keçirildi.
Bərdə rayonunda müəllimə yubileyi münasibətilə təltif olundu.
Məmmədli kənd A.Tağıyev adına tam orta məktəbin ibtidai sinif müəllimi Nəsibova Yeganə Yusif qızının 65 illik yubileyi münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə rayon komitəsi tərəfindən ona hədiyyə təqdim olunub.
Tədbir zamanı Yeganə Nəsibovanın uzunmüddətli pedaqoji fəaliyyəti, gənc nəslin təlim-tərbiyəsində göstərdiyi xidmətlər və məktəbin inkişafına verdiyi töhfələr yüksək qiymətləndirilib.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə rayon komitəsinin sədri Ənvərli Misir yubilyarı təbrik edərək, ona möhkəm sağlamlıq, uzun ömür və gələcək fəaliyyətində yeni uğurlar arzulayıblar.






