Xəbərlər
Bərdə rayonunda fəaliyyət göstərən Ağdam təhsil müəssisələrində növbəti görüşümüz keçirildi.

22.12.2025-ci il tarixdə Bərdə rayonunda fəaliyyət göstərən Ağdam təhsil müəssisələrində həm maarifləndirici, həm də təşkilati görüşlər həyata keçirildi.
Ağdam rayonu 143 nömrəli tam orta ümumtəhsil məktəbdə növbədənkənar ilk həmkarlar ittifaqı seçkisi təşkil olundu. Seçkilər şəffaf və səmərəli şəkildə keçirildi. Sonda səsvermə yolu ilə məktəbin yeni həmkarlar ittifaqı sədri seçildi. Yeni seçilən sədrimizi təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq.
Ağdam rayonu 95 nömrəli tam orta ümumtəhsil məktəbdə isə ittifaq üzvləri ilə görüş keçirildi. Üzvləri maraqlandıran suallar dinlənildi, hər birinə ətraflı cavab verildi. Həmçinin həmkarlar ittifaqının məqsədləri, vəzifələri barədə məlumat təqdim olundu.






