Xəbərlər
Bərdə rayonunda fəaliyyət göstərən məktəb kollektivi üçün ekskursiya təşkil olundu.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinin təşkilatçılığı ilə Bərdə rayonu Lək kənd tam orta ümumtəhsil məktəbinin kollektivi üçün birgünlük ekskursiya təşkil olunub.
Ekskursiya çərçivəsində iştirakçılar Ağdam, Xankəndi və Şuşa şəhərlərinə səfər ediblər. Səfər zamanı onlar işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri ilə yaxından tanış olub, bölgələrin tarixi, mədəni və mənəvi əhəmiyyətini əks etdirən məkanları ziyarət ediblər.
Məktəb kollektivi Ağdam şəhərində həyata keçirilən yenidənqurma layihələrini izləyib, Xankəndidə aparılan abadlıq və inkişaf işləri barədə məlumat alıb. Şuşa şəhərinə səfər zamanı isə iştirakçılar Azərbaycanın mədəniyyət paytaxtının tarixi abidələri, görməli yerləri və yenidən qurulan infrastrukturu ilə tanış olublar.
Ekskursiyanın məqsədi təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, onların vətənpərvərlik ruhunun daha da gücləndirilməsi, eləcə də ölkəmizdə həyata keçirilən quruculuq işləri ilə yaxından tanış olmalarının təmin edilməsi olub.
Səfər iştirakçıları yaradılan şəraitə və göstərilən diqqətə görə təşəkkürlərini bildiriblər.



