“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Bərdə rayonunda Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş şahmat yarışı keçirilib.

04/03/2026, 16:29
xeber1

Bərdə rayonunda Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş şahmat yarışına start verildi.

Bərdə rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş təhsil işçiləri arasında şahmat yarışına start verilib.

Yarış Bərdə rayon Şahmat evində təşkil olunub. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şahmat yarışının keçirilməsində əsas məqsəd Ümummilli Liderin zəngin dövlətçilik irsinin təbliği, təhsil işçiləri arasında idmana marağın artırılması və sağlam rəqabət mühitinin formalaşdırılması olub.

Tədbir Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Bərdə Rayon Komitəsinin təşkilatçılığı ilə reallaşdırılıb. Yarışın qalibləri üçüncü mərhələdə mükafatlandırılacaqlar.Yarış iştirakçılarına uğurlar arzulayır, qalibləri əvvəlcədən təbrik edirik!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: