Xəbərlər
Bərdə rayonunda müəllimə 65 yaş münasibətilə təltif olundu.
02/12/2025, 11:58
Bərdə rayonu Neymət Malıyev adına Qaradırnaq kənd tam orta ümumtəhsil məktəbinin fiziki tərbiyə müəllimi Qaraşova Tahirə Cəmil qızının 65 illik yubileyi qeyd edilib.
Bu münasibətlə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsi tərəfindən ona fəxri fərman və hədiyyə təqdim olunub. Tədbir zamanı müəllimin uzun illər təhsil sahəsində göstərdiyi səmərəli fəaliyyət, məktəbin idman həyatına verdiyi töhfələr və gənc nəslin sağlam inkişafına etdiyi xidmətlər xüsusi vurğulanıb.
Qaraşova Tahirə Cəmil qızı pedaqoji fəaliyyəti dövründə peşəkarlığı, çalışqanlığı və məktəbin ictimai həyatında fəal iştirakı ilə hər zaman seçilib.



