Xəbərlər
Bərdə rayonunda müəllimə 65 yaş münasibətilə təltif olundu.
13/02/2026, 11:26

Bərdə şəhəri, Elgiz Kərimov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi Yediyarova Xuraman Adıgözəl qızının 65 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.
Yubiley münasibətilə ETİHİ Bərdə Rayon Komitəsinin sədri Misir Ənvərli tərəfindən Xuraman müəlliməyə fəxri fərman və qiymətli hədiyyə təqdim olunmuşdur.
Tədbirdə müəllimənin uzunillik səmərəli pedaqoji fəaliyyəti, təhsil sahəsində göstərdiyi xidmətlər və şagirdlərin yetişdirilməsindəki əməyi yüksək qiymətləndirilmiş, ona möhkəm cansağlığı və gələcək fəaliyyətində uğurlar arzulanmışdır.



