“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Bərdə rayonunda müəllimin 65 illik yubileyi qeyd olunub.

21/01/2026, 14:33
xeber1

Bərdə rayonu Faiq Əhmədov adına Dəymədağıldı kənd tam orta ümumtəhsil məktəbinin müəllimi Babayeva Dürrubə Asif qızının 65 yaşı tamam olması münasibətilə tədbir keçirilib.

Tədbir zamanı uzunillik səmərəli pedaqoji fəaliyyətinə görə Babayeva Dürrubə Asif qızı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsi tərəfindən fəxri fərman və hədiyyə ilə təltif olunub.

Çıxış edənlər yubilyarı əlamətdar gün münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: