Xəbərlər
Bərdə rayonunda müəllimin 65 illik yubileyi qeyd olunub.
05/02/2026, 13:18

Bərdə şəhəri Nəriman Nərimanov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi Əsgərova Rahilə Ağalar qızının 65 yaşı tamam olması münasibətilə tədbir keçirilib.
Tədbir zamanı uzunillik səmərəli pedaqoji fəaliyyətinə görə Əsgərova Rahilə Ağalar qızı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsi tərəfindən fəxri fərman və hədiyyə ilə təltif olunub.
Çıxış edənlər yubilyarı əlamətdar gün münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində uğurlar arzulayıblar.




