“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Bərdə rayonunda müəllimin 65 illik yubileyi qeyd olunub

24/09/2026, 12:39
xeber1

Bərdə rayonu Neymət Malıyev adına Qaradırnaq kənd tam orta ümumtəhsil məktəbinin müəllimi Mehrəliyeva Pəri Behbud qızının 65 yaşı tamam olması münasibətilə tədbir keçirilib.

Yubiley münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) Bərdə Rayon Komitəsi tərəfindən Mehrəliyeva Pəri Behbud qızına uzunillik səmərəli pedaqoji fəaliyyətinə və təhsil sahəsində göstərdiyi xidmətlərə görə Fəxri Fərman və hədiyyə təqdim olunub.

Təqdimat zamanı yubilyara möhkəm cansağlığı, ailə səadəti və pedaqoji fəaliyyətində yeni uğurlar arzulanıb.

ETİHİ Bərdə Rayon Komitəsi tərəfindən müəllimlərin əməyinin qiymətləndirilməsi və onların əlamətdar günlərinin diqqətdə saxlanılması istiqamətində tədbirlərin bundan sonra da davam etdiriləcəyi bildirilib.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: