Xəbərlər
Bərdə rayonunda müəllimin yubileyi qeyd olunub
07/04/2026, 16:55

Bərdə rayonu Səməd Xudaverdiyev adına Kürdborakı kənd tam orta ümumtəhsil məktəbinin müəllimi Bağırova Alidə Məhəmməd qızının 65 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinin nümayəndələri iştirak ediblər. Çıxış edənlər Alidə Bağırovanın uzunillik pedaqoji fəaliyyətini yüksək qiymətləndirərək, onun təhsil sahəsində göstərdiyi xidmətlərdən bəhs ediblər.
Yubiley münasibətilə Bağırova Alidə Məhəmməd qızına Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsi tərəfindən fəxri fərman və hədiyyə təqdim olunub.
Sonda yubilyara möhkəm can sağlığı və gələcək fəaliyyətində uğurlar arzulanıb




