“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Bərdə rayonunda müəllimlərə fəxri fərman təqdim olundu

13/11/2025, 14:33
xeber1

Bərdə rayonu Elsever Əsədov adına Türkmən kənd tam orta ümumtəhsil məktəbinin müəllimləri Əmirova Gülüzar Bağı qızı və Qasımova Minayə Saleh qızı uzunmüddətli səmərəli pedaqoji fəaliyyətlərinə görə təltif ediliblər.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə rayon komitəsi tərəfindən müəllimlərin 65 illik yubileyləri münasibətilə onlara fəxri fərman və hədiyyələr təqdim olunub.

Tədbirdə çıxış edən Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinin sədri Misir Ənvərli pedaqoqların təhsil sahəsində göstərdikləri xidmətləri yüksək qiymətləndirərək, onların gənc nəslin formalaşmasındakı əvəzsiz rollarını vurğulayıb.

Sonda yubilyarlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb və kollektivlə xatirə şəkili çəkilib.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: