Xəbərlər
Bərdə rayonunda yerləşən Ağdam təhsil müəssisələrində ittifaq üzvləri ilə görüşlər keçirildi.

24.11.2025-ci il tarixdə Bərdə rayonunda fəaliyyət göstərən Ağdam təhsil müəssisələrində həm maarifləndirici, həm də təşkilati görüşlər həyata keçirildi.
Ağdam rayonu 110 nömrəli tam orta ümumtəhsil məktəbdə növbədənkənar ilk həmkarlar ittifaqı seçkisi təşkil olundu.Seçkilər şəffaf və səmərəli şəkildə keçirildi.Sonda səsvermə yolu ilə məktəbin yeni həmkarlar ittifaqı sədri seçildi.Yeni seçilən sədrimizi təbrik edir,fəaliyyətində uğurlar arzulayırıq.
Ağdam rayonu 67 nömrəli və Ağdam rayonu 122 nömrəli tam orta ümumtəhsil məktəbdə isə ittifaq üzvləri ilə görüşlər keçirildi. Üzvləri maraqlandıran suallar dinlənildi, hər birinə ətraflı cavab verildi. Həmçinin həmkarlar ittifaqının məqsədləri, vəzifələri barədə məlumat təqdim olundu.
Bu kimi görüşlər həm müəllimlərimizin maarifləndirilməsi, həm də təşkilatımızın fəaliyyətinin daha da gücləndirilməsi baxımından böyük önəm daşıyır.










