“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Bərdə şəhər 1 nömrəli tam orta məktəbin kollektivi ekskursiyada olub.

07/07/2026, 12:16
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Bərdə Rayon Komitəsinin təşkilatçılığı ilə Bərdə şəhəri Tofiq İsmayılov adına 1 nömrəli tam orta ümumi təhsil məktəbinin kollektivi üçün Qəbələ və İsmayıllı rayonlarına birgünlük ekskursiya təşkil olunub.

Ekskursiyanın məqsədi təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, istirahətlərinin təmin edilməsi, eləcə də ölkəmizin tarixi, mədəni və təbii irsi ilə yaxından tanış olmaları üçün əlverişli şərait yaratmaq olub.

Səfər zamanı iştirakçılar Qəbələ və İsmayıllı rayonlarının görməli məkanlarını ziyarət edib, bölgələrin zəngin təbiəti və turizm imkanları ilə yaxından tanış olublar. Ekskursiya kollektiv üzvlərində xoş təəssüratlar yaradıb və onların mənalı istirahətinə töhfə verib.

Məktəb kollektivi ekskursiyanın yüksək səviyyədə təşkilinə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Bərdə Rayon Komitəsinə təşəkkürünü bildirib. Qeyd olunub ki, bu cür ekskursiyalar təhsil işçilərinin asudə vaxtının səmərəli təşkilinə, kollektiv həmrəyliyinin möhkəmlənməsinə və əmək motivasiyasının artırılmasına müsbət təsir göstərir.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: