Xəbərlər
Bərdə şəhər 6 nömrəli tam orta məktəbinin kollektivi Qaxa ekskursiya edib

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinin təşkilatçılığı ilə Bərdə şəhəri Səfiyar Behbudov adına 6 nömrəli tam orta məktəbinin kollektivi üçün Qax rayonuna birgünlük ekskursiya təşkil olunub.
Ekskursiyanın məqsədi təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, onların mənəvi istirahətinin təmin edilməsi, kollektiv üzvləri arasında həmrəyliyin və qarşılıqlı əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi olub.
Səfər çərçivəsində iştirakçılar Qax rayonunun zəngin təbiəti, tarixi və mədəni irsi ilə tanış olub, rayonun görməli məkanlarını ziyarət ediblər. Füsunkar təbiət mənzərələri və maraqlı ekskursiya proqramı iştirakçılarda xoş təəssüratlar yaradıb, kollektiv üzvlərinin birgə istirahətinin və ünsiyyətinin daha da möhkəmlənməsinə töhfə verib.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsi təhsil işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, asudə vaxtlarının səmərəli təşkili və mənəvi istirahətlərinin təmin olunması istiqamətində bu kimi tədbirlərin həyata keçirilməsini bundan sonra da davam etdirəcək.




