Xəbərlər
Bərdə şəhər 7 nömrəli uşaq bağçasının kollektivi Qax və Şəki rayonlarına ekskursiya edib

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinin təşkilatçılığı ilə Bərdə şəhəri 7 nömrəli körpələr evi–uşaq bağçasının kollektivi üçün Qax və Şəki rayonlarına birgünlük ekskursiya təşkil olunub.
Ekskursiyanın əsas məqsədi təhsil və məktəbəqədər tərbiyə müəssisələrində çalışan əməkdaşların asudə vaxtının səmərəli təşkili, onların mənəvi istirahətinin təmin edilməsi, eləcə də kollektiv üzvləri arasında həmrəyliyin və əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi olub.
Səfər çərçivəsində iştirakçılar Qax və Şəki rayonlarının füsunkar təbiəti, tarixi-mədəni abidələri və görməli məkanları ilə tanış olublar. Maraqlı və yaddaqalan ekskursiya proqramı iştirakçılarda xoş təəssüratlar yaradıb, kollektivin birgə istirahətinə və ünsiyyətinin daha da güclənməsinə töhfə verib.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsi gələcəkdə də təhsil işçilərinin və məktəbəqədər təhsil müəssisəsi əməkdaşlarının sosial rifahının yüksəldilməsi və asudə vaxtlarının səmərəli təşkili istiqamətində bu kimi tədbirlərin davam etdirilməsini nəzərdə tutur.





