Xəbərlər
Bərdə şəhəri 2 nömrəli körpələr evi–uşaq bağçasının kollektivi üçün yaddaqalan Qax–Zaqatala səfəri.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinin təşkilatçılığı ilə Bərdə şəhəri 2 nömrəli körpələr evi–uşaq bağçasının kollektivi üçün Qax və Zaqatala rayonlarına birgünlük ekskursiya təşkil olunub.
Ekskursiyanın əsas məqsədi təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, onların sosial rifahının dəstəklənməsi, mənəvi istirahətinin təmin edilməsi və kollektiv üzvləri arasında həmrəyliyin daha da möhkəmləndirilməsi olub.
Səfər çərçivəsində iştirakçılar Qax və Zaqatala rayonlarının zəngin təbiəti, tarixi-mədəni abidələri və görməli məkanları ilə tanış olub, xoş təəssüratlar və yaddaqalan anlar yaşayıblar.
Ekskursiya iştirakçıları onlar üçün yaradılan bu gözəl istirahət və səyahət imkanına görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinə minnətdarlıqlarını ifadə edərək, bu cür sosial layihələrin davamlı olmasını arzuladıqlarını bildiriblər.





